Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri tarixi maksimuma çatıb

Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri tarixi maksimuma çatıb
# 07 noyabr 2012 13:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 410,9 mln. manat və ya 16,9% artaraq 2012-ci il oktyabrın 1-nə 2 837,7 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, sentyabr ayı ərzində xarici öhdəliklər 132,2 mln. manat və ya 4,9% artıb və bununla da tarixi maksimum yenilənib:




Bankların məcmu xarici aktivlərinin həcmi 2012-ci il oktyabrın 1-nə 1 978,3 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 102,5 mln. manat və ya 5,5% çoxdur. Eyni zamanda, sentyabr ayı ərzində 177,9 mln. manat və ya 9,9%-lik artım müşahidə olunub.

Nəticədə, kommersiya banklarının xarici maliyyə əməliyyatlarında saldosu 859,4 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 56,0% çoxdur.

Bankların xarici öhdəliklərinin son zamanlar artması ilk növbədə xarici maliyyə qurumlarında likvidliyin bərpa edilməsindən xəbər verir ki, bu qurumlar Azərbaycandakı tərəfdaşlarına yenidən maliyyə vəsaitləri ayırır. Xatırladaq ki, böhran zamanı, əsasən də 2009-cu ildə xarici maliyyə qurumlarında likvidliyin kəskin aşağı düşməsi səbəbindən xaricdən cəlb olunmalar, demək olar ki, dayanıb, məcmu öhdəliklər portfeli isə ödəmələrə görə azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR