“Fiat” Avropadakı böhran səbəbindən investisiya layihələrini dayandırıb

“Fiat” Avropadakı böhran səbəbindən investisiya layihələrini dayandırıb
# 04 avqust 2012 09:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Avropada müşahidə olunan böhran səbəbindən İtaliyanın “Fiat” avtomobil şirkəti müvəqqəti olaraq ölkədəki investisiya layihələrini dayandırıb.

APA-Economics”in «Bloomberg»a istinadən verdiyi məlumata görə, avtomobil şirkətinin direktoru Sercio Markionne bildirib ki, hazırda Avropadakı borc böhranı, o cümlədən avtomobil bazarındakı çətinliklər “Fiat” şirkətinə investisiya layihələrini həyata keçirmək üçün maneə yaradır: “Biz bu ilin oktyabr ayının sonunda investisiyalar üzrə yeni plan hazırlayacağıq”.

Mütəxəssislərin fikrincə, İtaliyada avtomobil şirkətləri tərəfindən müvafiq addımlar atılmasa, ölkədə avtomobillərə olan tələbat 2013-cü ildə bir qədər də azalacaq.

Qeyd edək ki, cari ilin iyul ayında «Fiat» avtomobillərinin satış həcmi ötən ilin analoji ayına nisbətən 21% azalaraq 108,8 min təşkil edib. Bu isə son 33 il ərzində ən pis göstəricidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR