Çexiyalı qubernator Bakı Slavyan Universitetində olub - FOTO

Çexiyalı qubernator Bakı Slavyan Universitetində olub - <font color=red>FOTO </font>
# 01 oktyabr 2012 15:25 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Çexiyanın Olomouts diyarının qetmanı (qubernatoru) Martin Tesarjik, Çexiyanın Ostrav Universitetinin fəlsəfə fakültəsinin dekanı, İqtisadi və Sosial Elmlər Mərkəzinin müdiri professor Aleş Zarjiçki, həmin fakültənin beynəlxalq əlaqələr və inkişaf üzrə dekan müavini doktor Marek Ottisk və Slavistika kafedrasının Rusistika bölməsinin əməkdaşı doktor Vitezslav Vilimek Bakı Slavyan Universitetinin qonağı olublar.

BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqları Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Radek Matula və onun xanımı İ.Matula müşayiət ediblər. BSU-nun rektoru, professor Kamal Abdulla qonaqlara BSU-nun yaranma tarixi, universitetin fakültələri, strukturu, onun zəngin elmi və tələbə həyatı, çox şaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib, BSU-nun Azərbaycan elmi və mədəni mühitində xüsusi çəkiyə malik olduğunu vurğulayıb. Görüş zamanı BSU və Çexiya universitetləri ilə əlaqələrin perspektivindən, BSU-da “Çexiyaşünaslıq” ixtisası üzrə təhsil alan tələbələrin Çexiya universitetlərində təhsillərini davam etdirməsi imkanlarından söz açılıb. Rektor qeyd edib ki, universitetimiz tərəfindən xaricdə aparılan işlərin əsas hədəfi isə Azərbaycan dili və mədəniyyətinin, ümumilikdə azərbaycanşünaslığın təbliğidir. Çexiyalı qonaqlar BSU-da fəaliyyət göstərən Rusiya, Ukrayna, Polşa, Yunanıstan, Türkiyə, Bolqarıstan və Belarusun tədris-mədəniyyət mərkəzləri, müasir standartlarla yenidən qurulmuş kitabxana, zəngin texniki avadanlıqla təchiz edilmiş linqafon zalları, elmi-tədqiqat laboratoriyaları ilə tanış olublar. Sonra qonaqlar Çex Dili və Mədəniyyəti Mərkəzində olublar.

Olomouts diyarının getmanı Martin Tesarjik BSU ilə tanışlıqdan şad olduğunu deyərək bildirib ki, nəinki mərkəzin inkişafına yardım edəcək, eyni zamanda mərkəzdə çex dili tədrisinin təkmilləşdirilməsi üçün əlindən gələni əsirgəməyəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR