“Azərneftyağ” zavodunun yerində Olimpiya şəhərciyi tikilə bilər

“Azərneftyağ” zavodunun yerində Olimpiya şəhərciyi tikilə bilər
# 14 fevral 2012 13:25 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə ARDNŞ-ın ekologiya məsələləri üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib.

Onun sözlərinə görə, “Azərneftyağ”dan əsasən yağ, mazut və s. məhsulları istehsal edən avadanlıqlar köçürüləcək: “Gələcəkdə isə bu zavodun Ələtə - neft-qaz kimya kompleksinə köçürülməsi nəzərdə tutulub. Ümumiyyətlə, 2020-ci ilədək Bakının mərkəzindəki zavodların şəhərdən kənara köçürülməsi nəzərdə tutulub”.

R.Hüseynzadə qeyd edib ki, Gənclər və İdman Nazirliyi “Azərneftyağ” zavodunun köçürülməsindən sonra boş qalacaq 150 hektar ərazidə Olimpiya şəhərciyi tikilməsini təklif edib.

Xatırladaq ki, Azərbaycan paytaxtı 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR