Biləsuvarda baş verən yanğında bir ailənin üç üzvü xəsarət alıb

Biləsuvarda baş verən yanğında bir ailənin üç üzvü xəsarət alıb
# 02 aprel 2012 08:06 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Biləsuvar rayonunda güclü yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Yuxarı Ağalı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 15 kv. m olan qamışdan ibarət tikilinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1948-ci il təvəllüdlü Muradov Seyfulla Ələkbər oğlu, övladları 2007-ci il təvəllüdlü Muradov Rəhman Seyfulla oğlu və 2006-cı il təvəllüdlü Muradova Səbinə Seyfulla qızı yüngül yanıq xəsarətləri ilə təcili yardım tərəfindən rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR