Göygöl rayonunda yanacaqdoldurma məntəqəsinə basqın edən Gəncə sakinləri tutulub
15 fevral 2012 10:31 (UTC +04:00)
Göygöl. Ayxan Hüseynov - APA. Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də yanacaqdoldurma məntəqəsində operatoru hədələyərək ondan pul tələb etmiş 2 nəfər yaxalanıb. Göygöl rayon Polis Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, fevralın 13-də gecə saatlarında 2 naməlum şəxs rayonun Quşqara kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gələrək orada operator işləyən rayon sakini Rabil Abdullayevi bıçaqla hədələyiblər və pul tələb ediblər. Lakin operator səs-küy saldığından həmin şəxslər hadisə yerindən qaçmağa məcbur olublar.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanacaqdoldurma məntəqəsində operatoru bıçaqla hədələyərək ondan pul tələb edən Gəncə şəhər sakinləri 23 yaşlı Nizami Əliyev və 25 yaşlı Tural Əsədov saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla əlaqədar araşdırma aparılır.

Hadisə
Zaqatalada avtomobil ağaca çırpılıb, ata və azyaşlı qızı xəsarət alıb - YENİLƏNİB
21:11
18 may 2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
20:07
18 may 2024
Quba-Xaçmaz yolunu sel basıb - FOTO
19:27
18 may 2024
MN-dəki 143 milyonluq cinayət işində adıkeçən idarə rəisi vəzifəsindən azad edilib
19:08
18 may 2024