Göyçayda baş verən yol qəzasında orta məktəb müəlliməsi ölüb, qardaşı ağır xəsarət alıb

Göyçayda baş verən yol qəzasında orta məktəb müəlliməsi ölüb, qardaşı ağır xəsarət alıb
# 29 oktyabr 2012 11:24 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov-APA. Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə bu gün saat 13:00 radələrində yolun 209-cu kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Qarabaqqal kənd sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1979-cu il təvəllüdlü Cavadov Tarıyel Zabit oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını sürətlə hərəkətdə olarkən yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü Tarıyel Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, onun bacısı, Göyçay şəhər 2 saylı orta məktəbin informatika müəlliməsi 1987-ci il təvəllüdlü Cavadova Aysel Zabit qızı dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR