Mingəçevirdə “Xocalı soyqırımı XX əsrdə bəşəriyyətin ən dəhşətli faciəsidir” mövzusunda konfrans keçirilib

Mingəçevirdə “Xocalı soyqırımı XX əsrdə bəşəriyyətin ən dəhşətli faciəsidir” mövzusunda konfrans keçirilib
# 24 fevral 2012 19:38 (UTC +04:00)
Mingəçevir. Elvin Yaqubov-APA. Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Mingəçevir Turizm Kollecində “Xocalı soyqırımı XX əsrdə bəşəriyyətin ən dəhşətli faciəsidir” mövzusunda elmi-nəzəri konfrans təşkil edilib. Təhsil ocağının direktoru professor Əyyub Əyyubov Xocalı faciəsini doğuran səbəblər, hadisə ərəfəsində ölkədə mövcud olan ictimai-siyasi şərait haqqında məlumat verib.
Konfransda “Xocalı soyqırımı XX əsrin ən böyük faciəsidir”, “O qanlı fevral faciəsində Xocalının və xocalıların fəlakəti”, “Xocalının acı fəryadı dağı, daşı yandırdı”, “Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının mərhələli işğalı siyasəti”, “Böyük dövlətlərin 20 il ərzində Xocalı soyqırımına biganəliyi”, “Gələcək nəsillərin yaddaşında Xocalı genosidi”, “Xocalı soyqırımı erməni vandalizminin və xaçpərəst birliyinin xəyanətidir” mövzusunda məruzələr dinlənilib. Tədbirdə Xocalı soyqırımına həsr edilən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR