Azərbaycan Diplomatik Akademiyasında “Açıq qapı” günləri keçiriləcək

Azərbaycan Diplomatik Akademiyasında “Açıq qapı” günləri keçiriləcək
# 08 iyun 2012 09:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Diplomatik Akademiyasında (ADA) “Açıq qapı” günləri keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ADA Beynəlxalq münasibətlər və Biznesin idarə edilməsi üzrə bakalavr proqramları təklif edir. Bakalavr proqramları ilə maraqlananlar keçiriləcək “Açıq qapı” gününə dəvət olunurlar. “Açıq qapı” günləri iyunun 22-də, 29-da, iyulun 6-da və 13-də saat 14.00-da keçiriləcək. Tədbirdə bakalavr proqramları və qəbul qaydaları haqqında məlumat veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR