Adil Qəribov: “Bir çox ölkə istifadəsi başa çatmış nüvə reaktorlarının fəaliyyətini dayandırır, amma Ermənistandan bunu gözləmirik”

Adil Qəribov: “Bir çox ölkə istifadəsi başa çatmış nüvə reaktorlarının fəaliyyətini dayandırır, amma Ermənistandan bunu gözləmirik”
# 15 fevral 2012 09:19 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Bir çox ölkələr istifadəsi başa çatmış nüvə reaktorlarının fəaliyyətini dayandırır. Almaniya və digər ölkələrdə 1976-cı ildə tikilmiş və artıq ömrünü başa vurmuş reaktorlar sıradan çıxarılıb. İstərdim ki, bu cür ölkələrin sırasına Ermənistan da qoşulsun. Amma bu ölkədən biz bunu gözləmirik”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib. O bildirib ki, Ermənistan “Metsamor” AES-də ömrünü başa vuran blokun fəaliyyəti dayandırılmalı, AES-in təhlükəsizliyini təmin etməlidir.

A. Qəribovun sözlərinə görə, bu il martın 26-27-də Seulda keçiriləcək II nüvə təhlükəsizliyi sammitində “Metsamor” AES-lə bağlı hər hansı məsələnin qaldırılacağı gözlənilmir: “Güman etmirəm ki, həmin sammitdə bu məsələ xüsusi olaraq qaldırılsın. Çünki sammit qlobal məsələlərə həsr olunub. Orada nüvə energetikasının tətbiqi ilə əlaqədar qlobal problemlər, istifadədə olan reaktorların təhlükəsizliyi, ömrünü başa vurmuş reaktorların sıradan çıxardılması məsələləri müzakirə ediləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR