İsfar Sarabskiyə «RAYMOND WEIL-in Azərbaycandakı Dostu» fəxri adı təqdim olunub

İsfar Sarabskiyə «RAYMOND WEIL-in Azərbaycandakı Dostu» fəxri adı təqdim olunub
# 10 iyul 2012 17:47 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Bu gün Dənizkənarı Bulvarda, Yaxt Klubda “RAYMOND WEIL-in Azərbaycandakı Dostu” fəxri adının Azərbaycanın əməkdar artisti, pianoçu İsfar Sarabskiyə təqdimatına həsr olunmuş möhtəşəm mərasim keçirilib.

APA-nın məlumatına görə, RAYMOND WEIL məşhur İsveçrə saat markasının 2000-ci ildən Azərbaycandakı rəsmi nümayəndəsi olan VMF Şirkətinin Baş direktoru Arzu Şahverdiyev İsfar Sarabskiyə “RAYMOND WEIL-in Azərbaycandakı dostu” fəxri adını təsdiq edən diplom, RAYMOND WEIL şirkətinin nümayəndəsi, bölgə satış meneceri xanım Veera Collomb-Patton isə RAYMOND WEIL Maestro kolleksiyasından saat təqdim edib. Bu kolleksiyadan saat seçimi simvolik olub. Belə ki, “Maestro” sözü ustad, yəni öz sənətini dərindən mənimsəyən insan kimi tərcümə olunur, musiqi sahəsində isə dahi şəxsiyyətə, bəstəkar və ya dirijora böyük hörmət bildirmək üçün belə müraciət olunur. Xronometri hazırlayan və öz sənətinə böyük həvəslə yanaşan İsveçrə saat ustaları da saat sənətində Maestrodur.

Mərasimin səbəbkarı sonda tədbirə toplaşan qonaqları öz ifası ilə sevindirib.

Dəvət olunmuş bütün qonaqların fotosessiyada iştirak etmək, İsfar Sarabskidən avtoqraf almaq, həmçinin RAYMOND WEIL-in saat sənətinin şah əsərləri olan müxtəlif kolleksiyaları ilə tanış olmaq imkanı olub.

Tədbirdə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev, modelyer Fəxriyyə Xələfova, digər ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

İsfar Sarabski “Bakı-Kaspi” caz festivalında bir neçə dəfə çıxış edib, eləcə də Azərbaycanda keçirilən blüz festivalının iştirakçısı olub. Norveçdə keçirilən “Silda Jazz” və Rusiyada keçirilən beynəlxalq caz festivallarında iştirak edib. 2009-cu ildə İsfar Sarabski İsveçrədə keçirilən Montrö Beynəlxalq Caz Festivalının (“Montreux jazz festival”) qalibi olub. O, həm də 2009-cu ilin noyabrından 2010-cu ilin mart ayınadək Londonda keçirilmiş “Buta: Azərbaycan mədəniyyəti festivalı”nın iştirakçılarından biri olub. İ.Sarabski "Zirvə" Dövlət mükafatı laureatıdır.

Himayəçi fəaliyyəti ilə məşhur olan RAYMOND WEIL brendi dünya musiqi sənətinin ən layiqli və istedadlı gənclərini dünya ictimaiyyətinə təqdim edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR