İran AEBA-dan dəlilləri istəyir
07 sentyabr 2012 08:54 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə agentliyin yığıncağındakı çıxışında tələb edib. O bildirib ki, ölkəsinin nüvə proqramı sülh məqsədlidir və heç bir nüvə obyektində hərbi məqsədlər üçün hansısa iş görülmür.
Ə. Sultaniyə ABŞ və İsrailə eyham vuraraq, İranın nüvə proqramının hərbi məqsədlərə xidmət etdiyi ilə bağlı iddiaların həmin ölkələrdən əldə olunmuş həqiqətə uyğun olmayan məlumatlardan qaynaqlandığını deyib: “AEBA bu ölkələrdən əldə etdiyi dəlilləri bizə də verməlidir”.
O deyib ki, bəzi ölkələr AEBA-nı istiqamətləndirməklə İrandan davamlı şəkildə nələrsə tələb edir və təzyiqlər göstərirlər: “AEBA ilə İran arasında əməkdaşlığın davam etməsi üçün bu qurum öz öhdəliklərini də yerinə yetirməlidir. Biz agentliklə əməkdaşlığı davam etdirməyə hazırıq. Ancaq AEBA-nın rəftarı və tələbləri bu əməkdaşlığa əngəl törədir”.
Ə. Sultaniyə vurğulayıb ki, İranın nüvə proqramı ilə bağlı fəaliyyət göstərən bir çox elm adamı sui-qəsd nəticəsində qətlə yetirilib: “Bundan əlavə, nüvə obyektlərimizdəki kompyuterlər kiberhücuma məruz qalıb”.
O, AEBA-nın Parçin hərbi-sənaye kompleksi ilə bağlı peyk görüntülərinə əsaslanaraq, irəli sürdüyü iddiaları da təkzib edib: “Ümumiyyətlə, İranın nüvə proqramının hərbi məqsədlərə xidmət etməsinə sübut kimi göstərilən peyk görüntüləri saxtadır. Parçin hərbi-sənaye kompleksində sülh məqsədlərinə xidmət etməyən heç bir iş görmür. Bu obyektdəki hərbi fəaliyyətlərimizin agentliklə heç bir əlaqəsi yoxdur”.

Asiya
Misir İsrailin Rəfahdakı əməliyyatını pisləyib
13:47
7 may 2024
İsrail ordusu Rəfah keçid məntəqəsini ələ keçirib - YENİLƏNİB
09:29
7 may 2024
Çin və Fransa liderləri İranın nüvə probleminin sülh yolu ilə həllinə tərəfdar olduqlarını bildiriblər
09:00
7 may 2024
ABŞ, Misir və Qətər Qəzzada atəşkəs razılaşmasının yerinə yetirilməsinə zəmanət verir
01:49
7 may 2024