Bakıda onlayn KİV-in təhlükəsizliyinə həsr olunmuş beynəlxalq forum keçiriləcək

Bakıda onlayn KİV-in təhlükəsizliyinə həsr olunmuş beynəlxalq forum keçiriləcək
# 01 noyabr 2012 07:11 (UTC +04:00)
APA-nın Avropa Şurasının mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, tədbir Avropa Şurası, Avropa Yayım Birliyi, ATƏT və UNESCO-nun birgə təşkilatçılığı ilə keçirilir. Forumun açılış mərasimində Avropa Şurasının insan haqları komissarı Nils Muyjnieks, Avropa Yayım Birliyinin prezidenti Jan Pol Filipo, informasiya cəmiyyəti məsələləri üzrə Avropa komissarı Nili Kroes iştirak edəcəklər.

Forum iştirakçıları internetdən terrorçu məqsədlərlə istifadənin qarşısının alınması, istifadəçilərin internet-trafikə sərbəst çıxışına dair hüquq və imkanlarının genişləndirilməsini müzakirə edəcəklər. Bundan başqa forumda kibercinayətkarlığa qarşı mübarizəyə dair Konvensiyanın 15-ci maddəsinin də müzakirəsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR