Bakıda avtomobil dərəyə aşıb, ölən və yaralanan var

Bakıda avtomobil dərəyə aşıb, ölən və yaralanan var
# 14 iyul 2012 07:28 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyulun 13-ü saat 23:40 radələrində Bakı-Qazax yolunun 28-ci kilometrliyində Bakı şəhər sakini Zaur Qurbanovun idarə etdiyi «Opel» markalı avtomobil idarəetməni itirməsi nəticəsində dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildəki sərnişin, xəsarət almış Yardımlı rayon sakini Emin Abdullayev xəstəxanaya çatdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR