Qəbələdə sutəmizləyici qurğu ilə bağlı tender keçirilir
23 may 2012 13:44 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərsu” ASC Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Qəbələ şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi üzrə tender elan edib.
ASC-dən “APA-Economics”ə verilən məlumata görə, tenderin şərtlərinə əsasən Qəbələ şəhərində çirkab sutəmizləyici qurğular kompleksi yaradılacaq. Çirkab sutəmizləyici qurğunun layihəsi tenderdə qalib gələn təşkilat tərəfindən işləniləcək, eyni zamanda qurğunun istehsal gücü və texnologiyası müəyyən ediləcək.
Tenderin şərtlərinə görə tikinti işləri Avropa standartları əsasında həyata keçirilməlidir. Tenderdə iştirak etmək istəyənlər təkliflərini ingilis dilində təqdim etməli, müsabiqədə iştirak üçün 160 manat və ya 200 ABŞ dolları ödəməlidir. İddiaçı şirkətlər təkliflərini iyul ayının 5-dək “Azərsu” ASC-yə təqdim edə bilərlər.
Qeyd edək ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin də yenidən qurulması nəzərdə tutulur.

İnfrastruktur
Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb
17:40
2 may 2024
“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:23
2 may 2024
Bu il Düşənbədən Bakıya aviareys açılacaq
13:43
2 may 2024
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - Azercell-in təşkil etdiyi təlimlər davam edir
13:36
2 may 2024