AXCP Cəlilabad RT sədrinin atası 13,5 il müddətinə azadlıqdan məhrum edilib

AXCP Cəlilabad RT sədrinin atası 13,5 il müddətinə azadlıqdan məhrum edilib
# 21 sentyabr 2012 15:58 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Sentyabrın 21-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik alverində ittiham olunan Cəlilabad rayon sakini, 1934-cü il təvəllüdlü Məhərrəm Buxan oğlu Mirələmovun məhkəmə prosesi başa çatıb. APA-nın Cənub bürosunun məlumatına görə, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən M. Mirələmov 13,5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Məhərrəm Mirələmov AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmlinin atasıdır. T. Mirələmlinin qətl törətməkdə təqsirli bilinən 16 yaşlı oğlu Vasif də bu ilin fevralında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR