Azərbaycanda pul bazası 34% artıb

Azərbaycanda pul bazası 34% artıb
# 11 iyun 2012 14:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2012-ci ilin iyunun 1-nə 8 373,1 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin iyunun 1-nə nisbətən bu göstərici 2 128,2 mln. manat və ya 34,1% artıb.

Bu ilin may ayında pul bazası 227,2 mln. manat və ya 2,8% artıb. Ümumilikdə isə bu ilin əvvəlindən pul bazasının artımı 97,7 mln. manat və ya 1,2% təşkil edib.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pul və kommersiya banklarının mərkəzi bankda saxlanılan vəsaitləri daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR