Azərbaycan neftinin qiyməti cüzi artıb

Azərbaycan neftinin qiyməti cüzi artıb
# 03 iyul 2012 09:58 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dünya bazarında Azərbaycan neftinin qiyməti cüzi artıb.

Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar Departamentindən «APA-Economics»ə verilən məlumata görə, iyulun 2-də keçirilən hərraclarda «Azeri Light» markalı neftin 1 bareli daha 67 sent bahalaşaraq 97,51 dollara satılıb. Bu, neftin Azərbaycanın 2012-ci il üçün dövlət büdcəsindəki baza qiymətindən 2,5 dollar azdır.

Xatırladaq ki, 201-ci il dövlət büdcəsində neftin proqnoz qiyməti 100 dollar/barel nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR