Elmar Məmmədyarov Özbəkistanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Elmar Məmmədyarov Özbəkistanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 13 fevral 2012 15:40 (UTC +04:00)
Bakı – APA. Xarici işlər nazir Elmar Məmmədyarov Özbəkistan səfiri İsmətulla İrqaşevi Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı İ. İrqaşev Azərbaycanda işlədiyi dövrdə Özbəkistanla Azərbaycan arasında münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini qeyd edib, faydalı əməkdaşlığa görə XİN minnətdarlığını bildirib.

Öz növbəsində, E. Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistanın prinsipial mövqe sərgilədiyinə görə Özbəkistan hökumətinə təşəkkür edib.

Nazir İ. İrqaşevə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR