Böyük Britaniyanın baş naziri İranı müzakirələri davam etdirməyə çağırıb

Böyük Britaniyanın baş naziri İranı müzakirələri davam etdirməyə çağırıb
# 23 iyun 2012 15:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Böyük Britaniyanın baş naziri Devid Kameron İranı mübahisəli nüvə proqramı ilə bağlı dünya ictimaiyyətinin narahatlığını aradan qaldırmaq üçün ciddi şəkildə müzakirələri davam etdirməyə çağırıb.

APA-nın «Fars» xəbər agentliyinə istinadən məlumatına görə, D.Kameron İranla «altılıq» ölkələri arasında iyunun 18-19-da Moskvada keçirilmiş nüvə müzakirələrini qaçırılan fürsət kimi dəyərləndirib: «Biz hələ də İranın nüvə proqramı ətrafında yaranmış problemin diplomatik yolla həllinin tərəfdarıyıq. Mən İranın məsələyə əvvəlki münasibətini yenidən nəzərdən keçirib danışıqlar masasına oturmağa dəvət edirəm».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR