Azərbaycanda sərnişin avtobusu qəza törədib, ölən var

Azərbaycanda sərnişin avtobusu qəza törədib, ölən var
# 22 iyun 2012 09:14 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda sərnişin avtobusu qəza törədib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şirvan rayonu ilə Sabirabadı birləşdirən körpünün üzərində qeydə alınıb. Kür çayı üzərində yerləşən körpüdə “Ford” markalı mikroavtobus “VAZ-2107” markalı minik maşını ilə toqquşub. Nəticədə “VAZ-2107”nin sürücüsü, 70 yaşlı Tofiq Cümşüdov aldığı xəsarətdən dünyasını dəyişib. Qəza nəticəsində daha bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR