Şimalı Kipr Türk Respublikasının parlamentinin sədri Xocalı soyqırımı ilə bağlı açıqlama verib
26 fevral 2012 00:41 (UTC +04:00)
Bakı-APA. Şimalı Kipr Türk Respublikasının parlamentinin sədri Həsən Bozer Xocalı soyqırımın 20-ci ildönümü ilə bağlı açıqlamasında deyib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində qadın və uşaqlara məhəl qoymadan dəhşətli qırğın törədilib.
APA-nın verdiyi xəbərə görə, Bozer bildirib ki, Şimalı Kipr əhalisi Xocalı faciəsinin ildönümünü dərin kədər hissi ilə qeyd edirlər.
O deyib: “Xocalı qırğını son illərin ən böyük faciələrindən biridir. Öz qəddarlığı ilə bu hadisə 1963-cü və 1974-cü illərində yunanlar tərəfindən Şimalı Kiprlilərə qarşı törədilmiş soyqırımı, Bosniya - Herseqovina və Srebrenitsa qırğınları ilə bərabər insanlığa qarşı cinayətdir.
Həsən Bozer deyib ki, ŞKTR və Azərbaycan arasında sarsılmaz təməllərə söykənən dostluq və qardaşlıq əlaqələri əbədiyyətə qədər inkişaf edəcək. Öz açıqlamasında Bozer bildirib: “Xocalı qırğınında həyatını itirən soydaşlarımızın əziz xatirələrini kədər hissi ilə xatırlayır, Allahdan rəhmət diləyirəm. Ruhları şad, məkanları cənnət olsun".

Avropa
Zurabişvili Makronu Gürcüstana dəvət edib
12:33
19 may 2024
AEBA Zaporojye AES-ə hücumlara görə məsuliyyət daşıyanların adlarını hansı şərtlərlə açıqlayacaqlarını bildirib
09:59
19 may 2024
Ukrayna Donetsk vilayətində Rusiyanın “Su-25” hücum təyyarəsini vurub
03:48
19 may 2024
Polşa Belarus və Rusiya ilə sərhədi möhkəmləndirmək üçün 2,6 milyard dollar xərcləyəcək
02:26
19 may 2024