Reuters: İran sanksiyalardan az zərərlə çıxmaq üçün neftini ucuz qiymətə satır

Reuters: İran sanksiyalardan az zərərlə çıxmaq üçün neftini ucuz qiymətə satır
# 05 sentyabr 2012 15:40 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran rəhbərliyi sanksiyalardan az zərərlə çıxmaq üçün neftini ucuz qiymətə satır. APA-nın “Reuters” xəbər agentliyinə istinadən məlumatına görə, İran neftinin əsas müştərisi olan Çin bu ilin iyul ayında Tehrandan aldığı xam neftin bir bareli üçün 98.49 dollar ödəyib: “Ancaq Səudiyyə Ərəbistanı neftinin bir barelini 98.85 dollara satır. Bu da İran neftinin Səudiyyə Ərəbistanı neftindən daha ucuz olduğunu göstərir. Ona görə də sanksiyaların İrana təsiri elə də güclü olmayıb. İranın neft satışı üçün təyin etdiyi qiymət bu ölkənin Qərbin sanksiyalarından yayına biləcəyinə əmin olduğunu göstərir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR