Rusiyanın yeni prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib - FOTOSESSİYA

Rusiyanın yeni prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 07 may 2012 10:25 (UTC +04:00)
APA-nın andiçmə mərasimini işıqlandıran müxbirinin verdiyi məlumata görə, Kreml Sarayının Andreyev zalında baş tutan andiçmə mərasiminə baş nazirinin müavinləri, nazirlər, din adamları, siyasətçilər, media mənsubları, elm, mədəniyyət və incəsənət xadimləri, ümumilikdə üç min nəfərə yaxın qonaq qatılıb.

Mərasim xüsusi dövlət mühafizəsi alayı əsgərlərinin zala Rusiya bayrağı və Konstitusiyasını gətirməsi ilə başlayıb. Daha sonra hazırkı prezident Dmitri Medvedev zala daxil olub. Onun ardınca isə yeni prezident Vladimir Putin addımlayaraq and içmək üçün kürsüdə yerini alıb.

D. Medvedev qısa nitqlə çıxış edərək prezidentliyi dövründə ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: “Rusiyanın prezidentli olmaq çox şərəfli bir vəzifədir. Mən çox şadam ki, Vladimir Putin Rusiyanın prezidenti seçilib. O, çox təcrübəli adamdır”.

V. Putin sağ əlini Konstitusiya üzərinə qoyaraq ölkəsinə xidmət edəcəyinə dair and mətnini oxuyub. Daha sonra Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin Vladimir Putini Rusiyanın prezidenti elan edib. Bu zaman havaya toplardan 30 dəfə atəş açılıb.

Andiçmədən sonra Rusiyanın yeni prezidenti Vladimir Putin çıxış edib.

Qeyd edək ki, bu il martın 4-də Rusiyada keçirilən prezident seçkilərinin nəticələrinə görə Vladimir Putin 63,6% səslə qələbə qazanıb. O, Rusiyanı 6 il idarə edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR