Azərbaycanda 5 nəfər prokurorluq işçisinə general rütbəsi verilib

Azərbaycanda 5 nəfər prokurorluq işçisinə general rütbəsi verilib
# 01 oktyabr 2012 13:15 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Hərbi prokurorunun müavinləri Şəfahət İmranov və Rasim Kazımova ədliyyə general-mayoru xüsusi rütbələri verilib. Baş Prokurorluğun hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov, baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov və Baş Prokurorluğun Maddi texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov isə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri (general-mayor) ali xüsusi rütbələri verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR