Argentina Milli Konqresinin Deputatlar Palatasında Azərbaycanla Dostluq Qrupunun yeni tərkibi təsdiq edilib

Argentina Milli Konqresinin Deputatlar Palatasında Azərbaycanla Dostluq Qrupunun yeni tərkibi təsdiq edilib
# 12 iyun 2012 13:03 (UTC +04:00)
Bakı – APA. Argentina Milli Konqresinin Deputatlar Palatasında fəaliyyət göstərən Azərbaycanla Dostluq Qrupunun yeni tərkibi təsdiq edilib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dostluq qrupunun sədri vəzifəsinə “Union Peronsita” siyasi blokunun deputatı Roberto Mario Mouilleron, sədr müavini vəzifəsinə isə “Movimiento de Neuqen” siyasi blokunun prezidenti deputat Alicia Comelli yenidən təsdiq olunub. “Justicialista La Pampa” siyasi blokun deputatı Cristina Regazzoli dostluq qrupunun yeni katibi seçilib.

Ümumi sayı 10 nəfərdən ibarət dostluq qrupuna “Frente para la Victoria” iqtidaryönlü siyasi blokunun deputatları Guillermo Carmona və Alberto Ciampini, “Movimiento de Neuqen” siyasi blokunun deputatı Olga Elizabeth Guzman, “Propuesta Republicana” siyasi blokunun prezidenti Federico Pinedo, “Frente Peronista” siyasi blokunun deputatı Eduardo Amadeo, “Union Civic Radical” siyasi bolkun deputatları Pedro Omar Molas və Agustin Alberto Portela daxildirlər.

Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycanla Dostluq Qrupu Deputatlar Palatasında parlamentin yeni çağırışından sonra tərkibi təsdiq edilmiş ilk dostluq qrupudur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR