Azərbaycan Türkiyə ilə birgə termal görücü sistemlər istehsal edəcək

Azərbaycan Türkiyə ilə birgə termal görücü sistemlər istehsal edəcək
# 24 aprel 2012 09:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) Türkiyənin ASELSAN şirkəti ilə birlikdə termal görücü sistemlərin istehsalına hazırlaşır. Bu barədə APA-ya MSN-dən məlumat verilib.

Azərbaycan Silahlı Qüvvələrinin sifarişi üzrə bu sistemlər nazirliyin «Alov» zavodu tərəfindən istehsal olunacaq. Sistemin müəyyən hissələri Türkiyədən idxal ediləcək. İstehsal prosesi üçün müəssisədə hazırlıq işləri başa çatıb. Lazım olan istehsal xətti yaradılıb.

Bununla yanaşı, müəssisədə ASELSAN-la birgə müxtəlif optik cihazların, o cümlədən gecə görmə cihazlarının istehsalı da həyata keçiriləcək. Nazirlik Türkiyə şirkəti ilə başqa bir neçə başqa istehsal layihəsi üzərində də müzakirələr aparır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR