Azərbaycan və Türkiyə prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb

Azərbaycan və Türkiyə prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb
# 26 iyun 2012 14:38 (UTC +04:00)
APA-nın “AzərTAc”a istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasındakı əlaqələrin bütün sahələr üzrə sürətli inkişafından məmnunluq ifadə edən dövlət başçıları bu əməkdaşlığın sonrakı inkişafı istiqamətində fəaliyyətin genişləndirilməsinin zəruriliyini vurğulayıblar. Ölkələr arasındakı iqtisadi əlaqələrin hazırkı səviyyəsindən razılıq bildirən prezidentlər bu sahənin inkişafına dair imzalanmış sənədlərin əhəmiyyətini diqqətə çatdırıblar.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illiyi münasibətilə bu gün İstanbulda keçirilən yubiley sammitinə ev sahibliyi edən Türkiyənin prezidenti Abdullah Gül tədbirdə iştirak edən dövlət və hökumət başçıları ilə təkbətək görüşlər keçirib. İlk olaraq Albaniyanın baş naziri Sali Berişanı qəbul edən Abdullah Gül daha sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Görüş sammitin keçiriləcəyi Lütfi Kırdar Beynəlxalq Konqres Mərkəzində baş tutub.

QDİƏT-in 20 illiyinə həsr olunmuş sammitin Bakı vaxtı ilə saat 18.00-da başlaması nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR