Azərbaycanda 2012-2013-cü il üçün rezidenturaya daxil olanların qeydiyyatına başlanıb

Azərbaycanda 2012-2013-cü il üçün rezidenturaya daxil olanların qeydiyyatına başlanıb
# 16 sentyabr 2012 21:15 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rezidenturanın mülki ixtisaslarına qəbul olmuş şəxslər tələb olunan sənədləri sentyabrın 17-dən sentyabrın 21-dək Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Hərbi tibb fakültəsinin rezidenturasına qəbul olanlar göstərilən müddətdə Müdafiə Nazirliyində, Naxçıvan Dövlət Universitetinin rezidenturasına qəbul olanlar isə göstərilən müddətdə həmin universitetin tibb fakültəsində qeydiyyatdan keçməlidirlər.

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Qeyd edək ki, bu il rezidentura üçün ayrılmış 514 plan yerinə 492 nəfər qəbul olunub. Onlardan 432 nəfəri Azərbaycan, 60 nəfəri rus bölməsi üzrə qəbul olub. Qəbul planı 95,72 faiz yerinə yetirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR