Yaxın aylarda Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda yeni körpü istifadəyə veriləcək

Yaxın aylarda Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda yeni körpü istifadəyə veriləcək
# 08 oktyabr 2012 09:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 177-ci km-də qəzalı vəziyyətə düşən körpünün yerində müasir körpünün tikintisinə başlanılıb.

«APA-Economics»in «Azəryolservis» ASC-nin yaydığı xəbərə əsasən, yeni körpünün uzunluğu 42 metr, eni isə 14 metr təşkil edəcək. Hər tərəfdə piyadaların hərəkəti üçün 1 metr enində səki nəzərdə tutulan körpünün 2 dayağında betonlanma və svay işləri başa çatıb. Körpünün yaxın aylarda istismara verilməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR