«Azəriqaz» əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır
05 aprel 2012 09:52 (UTC +04:00)
Bak. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, köhnə binalarda aparılan yenidənqurma və təmir-bərpa işləri zamanı dam örtüklərinin konstruktiv elementlərinin tikintisində kobud səhvlərə yol verilir. Belə ki, bəzən binalarda mövcud olan tüstü bacaları və havadəyişmə boruları tutulur və ya yeni qurulmuş dam örtüyünün altında normal atmosfer havasından təcrid olunmuş vəziyyətdə saxlanılır, bəzi hallarda isə normativ-terxniki tələblərə riayət olunmadan dam örtüklərindən bayıra çıxarılır.
«Azəriqaz»ın əməkdaşları tərəfindən vaxtaşırı olaraq qaz xətlərinə, onlar üzərindəki avadanlıqlara, tüstü bacalarına və havalandırma sistemlərinə texniki baxışlar keçirilsə də, bəzi istehlakçılar tərəfindən təhlükəsizlik qaydalarına düzgün riayət edilməməsi arzuolunmaz hadisələrə səbəb olur. Birlik tərəfindən istehlakçıların təlimatlandırılması istiqamətində genişmiqyaslı tədbirlər görülür.
Əhali ilə görüşlərdə xüsusi vurğulanır ki, normativ-texniki tələblərə əsasən, tüstü bacaları damın yalından 1,5 metrdən artıq olmayan məsafədə 0,5 metr hündürlükdə, 1,5 metr məsafədən 3 metrə qədər məsafədə eyni səviyyədə quraşdırılmalı, 3 metrdən artıq məsafədə isə hündürlük 10 dərəcəli bucaq altında çəkilən xətdən alçaq olmamalıdır.

Sənaye və energetika
Azərbaycan nefti ucuzlaşıb
10:31
4 may 2024
Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb
09:12
4 may 2024
Elsevər Rüstəmli: Tarif Şurasının yeni qərarı elektrik şəbəkəsinə qoşulmada şəffaflığı təmin edəcək
19:25
3 may 2024
Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma ilə bağlı yeni mexanizmə ehtiyac var idi
18:37
3 may 2024