İranda 5 nəfər edam edilib

İranda 5 nəfər edam edilib
# 16 oktyabr 2012 08:20 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın Təbəs və İsfahan şəhərlərində 5 nəfər edam edilib.

APA-nın məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən bir məhbus İsfahan, 4 nəfər isə Təbəs şəhərində həbs olunub.

İsfahanda həbs edilən şəxsin üzərindən 16,7 kq, Təbəs zindanında saxlanılan 4 nəfərdən isə ümumilikdə 330 kq narkotik maddə götürülüb. Birlikdə həbs edilən 4 nəfər 7 dəvə karvanı ilə qaçaqmalçılıqla məşğul olub.

Yerli məhkəmənin çıxardığı ölüm hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənəndən sonra İsfahan və Təbəs həbsxanalarında icra edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR