Ötən ay Azərbaycan sərhədçiləri 2 milyon manat dəyərində qaçaqmalın keçirilməsinin qarşısını alıblar

Ötən ay Azərbaycan sərhədçiləri 2 milyon manat dəyərində qaçaqmalın keçirilməsinin qarşısını alıblar
# 08 avqust 2012 13:49 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Ötən ay Azərbaycan sərhədçiləri 2 milyon manat dəyərində qaçaqmalın keçirilməsinin qarşısını alıblar. Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib.

Məlumatda qeyd olunur ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində 41 halda ümumi dəyəri təqribən 1 milyon 886 min 750 manat olan qaçaqmal, o cümlədən 3 ədəd tüfəng, 23 ədəd patron, 10 ədəd giliz, patron üçün bir ədəd kəmər, 1 kiloqram qırma, 0,55 kiloqram barıt, tir tüfəngi üçün 3600 ədəd saçma, 1 milyon 900 min Avropa valyutası, 301 ABŞ valyutası, 967 ədəd zinət əşyası, 2 ədəd gizli qələm kamera, 2 ədəd qulaqasma böcəyi, 1 ədəd bıçaq, 3 ədəd qayıq, 462 ədəd mobil telefon, mobil telefonlar üçün 853 ədəd aksessuar, 2575 qutu siqaret, müxtəlif növ dərman preparatları, spirtli içki, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Bundan başqa Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Türkmənistana məxsus 1 gəmiyə və ölkəmizə məxsus 11 qayığa baxış keçirilib, dənizdən 700 metr tor aşkar edilərək götürülüb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR