Müsavat Partiyasının Divanı İctimai Palatanın qəbul etdiyi Memoranduma münasibət bildirib

Müsavat Partiyasının Divanı İctimai Palatanın qəbul etdiyi Memoranduma münasibət bildirib
# 10 sentyabr 2012 15:20 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyası Divanının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Divanın toplantısında bir sıra vacib məsələlər müzakirə olunub. Qərarların icrasına dair müzakirə zamanı İctimai Palatanın ötən həftə keçirilən sessiyası haqqında fikir mübadiləsi aparılıb. Sessiyada qəbul olunan sənədlər, xüsusən Memorandum müsbət qiymətləndirilib.

Müsavat Partiyasının avqustun 9-da rayon-şəhər təşkilatları sədrlərinin iştirakı ilə keçirdiyi ümumrespublika müşavirəsi də Divanın toplantısında dəyərləndirilib, qəbul edilmiş qərarların icrası ilə bağlı tapşırıqlar verilib, həmçinin rayon-şəhər təşkilatları sədrlərinin müşavirədə irəli sürdüyü təkliflər müzakirə olunub.

Divanda son vaxtlar sahibkarların mülkiyyət hüquqlarının pozulması və Suriya məsələsinə diqqət yetirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR