“Mossad”ın sabiq rəhbəri: “ABŞ İsraillə birgə hərəkət etməzsə, biz özümüz İranı vurarıq”

“Mossad”ın sabiq rəhbəri: “ABŞ İsraillə birgə hərəkət etməzsə, biz özümüz İranı vurarıq”
# 08 avqust 2012 00:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranın nüvə proqramı təkcə İsrailin deyil, dünyanın problemidir”. APA-nın məlumatına görə, bunu İsrailin xarici kəşfiyyat orqanı olan “Mossad”ın sabiq rəhbəri Deni Yatom deyib. O bildirib ki, İranın sahib olduğu raketlər Vyananı belə vura bilər: “Türkiyə də təbii olaraq əhatə dairəsindədir. Yəni İranın raketləri Türkiyə üçün də təhdiddir. Əgər bir gün qalxdığımızda İranın nüvə silahına sahib olduğunu eşitsək, onda nə olacaq? Bu, asan şəkildə İsrailin təhlükəsizliyini iflic edər. Əgər İrana hər hansı hərbi müdaxilə olacaqsa, bunu İsrail mütləq ABŞ-la birgə etmək məcburiyyətindədir. ABŞ “hələ müddət var, sanksiyaların nəticəsini gözləyək”, - dedi. İrana yeni iqtisadi sanksiyalar tətbiq olundu. Amma bu sanksiyalar da İranı nüvə silahına sahib olmaq niyyətindən vaz keçdirməz. Ona görə də ABŞ İsraillə birgə hərəkət etməzsə, biz özümüz İranı vurarıq. Təbii ki, istəməsək də, itkilərimiz olacaq. Ancaq bunu da söyləməliyəm ki, İsrail Silahlı Qüvvələri sığorta şirkəti deyil”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR