Azərbaycan parlamentinin nümayəndə heyəti Almatıda səfərdədir

Azərbaycan parlamentinin nümayəndə heyəti Almatıda səfərdədir
# 26 mart 2012 12:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlament Assambleyasının 20 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Qazaxıstanın Almatı şəhərinə səfər edib. Bu barədə APA-ya Milli Məclisdən məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Arif Rəhimzadə, Rüfət Quliyev, Hacı Salayev, Rauf Əliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər şəxslər daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti MDB Parlament Assambleyası Şurasının qurumun 20 illiyinə həsr olunmuş iclasında iştirak edəcək, yubiley münasibəti ilə burada keçiriləcək tədbirlərə qatılacaq.

Səfər çərçivəsində O.Əsədovun tədbirdə iştirak edən nümayəndə heyəti rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə MDB PA çərçivəsində əlaqələrin gələcək inkişafı, təşkilata üzv dövlətlərin qanunverici orqanları səviyyəsində münasibətlərin dərinləşməsi, təcrübə mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Səfər martın 28-də başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR