Bakıda VI Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi açılıb - FOTOSESSİYA - VİDEO

Bakıda VI Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi açılıb - <font color=red>FOTOSESSİYA - VİDEO</font>
# 20 sentyabr 2012 10:06 (UTC +04:00)
APA-nın məlumatına görə, sərginin açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov tədbirin əhəmiyyətindən danışıb. O, bildirib ki, Azərbaycanda keçirilən bi sərgiyə qatılan ölkələrin və təhsil müəssisələrinin sayı ildən-ilə atrır. Nazir sərginin xarici ölkələrdə təhsil almaq istəyən və iş axtaran gənclər üçün əhəmiyyətli olduğunu deyib.

Mərasimdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə bildirib ki, Bakıda bu sərginin artıq altıncı dəfə keçirilməsi Azərbaycanın inkişaf etdiyini göstərir. Onun sözlərinə görə, bu inkişaf irəlilədikcə ölkədə yeni ixtisaslar yaranır və bu ixtisaslar üzrə yerli və xarici ölkələrdə ixtisaslı kadrlar yetişir.

Sərginin təşkilatçısı, “İteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov bildirib ki, bu il sərgidə müxtəlif ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqramlar təqdim edən 96 təhsil müəssisəsi iştirak edir. Sentyabrın 22-dək davam edəcək sərgiyə dünyanın 20 ölkəsi, o cümlədən Belarus, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Koreya, Litva, Malayziya, Ukrayna, İsveçrə, Çexiya və digər ölkələr qoşulub. Azərbaycan təhsil sərgisində paytaxt və regionların dövlət və özəl ali təhsil müəssisələri səviyyəsində təmsil olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR