Milli Kino Günü ilə bağlı tədbir keçirilib

Milli Kino Günü ilə bağlı tədbir keçirilib
# 02 avqust 2010 15:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. 2 Avqust - Milli Kino Günü ilə bağlı Muzey Mərkəzində tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev bayram münasibətilə kino işçilərini təbrik edib.

İlk kino seansının 42 il əvvəl keçirildiyini xatırladan C. Quliyev bildirib ki, geridə qalan müddətdə kinonun intibah dövrü yaşadığı da, tənəzzülə uğradığı vaxtlar da olub: “Amma son illər Azərbaycan kinosu xeyli inkişaf etməyə başlayıb. Ölkə başçısının kino sahəsi ilə bağlı imzaladığı sərəncamlarda kinonun inkişaf strategiyası, yolları göstərilir”.

Tədbirdə Kino Günü ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib. Sonra kino sahəsindəki xidmətlərinə görə 16 kino veteranı fəxri fərman və pul mükafatı ilə təltif edilib, “Bu meydan, bu ekran” layihəsinin qalibləri elan olunub. Qalib gələn “Gözlərinə gün düşür”, “Atamı çox sevirəm” və “Günəşdə ləkələr” layihələrinin əsasında bədii filmin çəkiləcəyi açıqlanıb. Tədbir çərçivəsində Dövlət Film Fondunun kolleksiyasından “Azərbaycan kino plakatı: 1930-1980” sərgisinin açılış mərasimi də keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR