“Naxçıvan kuboku”nu Azərbaycan yığması qazanıb

“Naxçıvan kuboku”nu Azərbaycan yığması qazanıb
# 18 iyun 2012 12:16 (UTC +04:00)
Bakı-APA. Milli Qurtuluş günü münasibətilə yunan-Roma güləşi üzrə gənclər arasında komandalararası “Naxçıvan kuboku” uğrunda beynəlxalq turnirə yekun vurulub. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində təşkil olunan yarışda ümumilikdə 8 ölkənin yığma komandası mübarizə aparıb.

Qrup görüşlərinin yekununa əsasən, finalında A qrupunun birincisi Azərbaycan B qrupunun birincisi Gürcüstanın gənc güləşçilərini sınağa çəkiblər. Həlledici görüşlərdə böyük əzmkarlıq nümayiş etdirən pəhləvanlarımız yekunda 5:3 hesabı ilə qalib gələrək, turnirin baş mükafatına layiq görülüb.

3-cü yer uğrunda görüşdə isə öz qruplarında müvafiq olaraq 2-ci yeri tutmuş Naxçıvan və Qırğızıstan kollektivləri üz-üzə gəliblər. 8 görüşün yekununa əsasən, ümumi hesab 4:4 olsa da, qarşılaşmalarda toplanan xallar hesabına Qırğızıstan güləşçiləri fəxri kürsün 3-cü pilləsinə qalxıblar.

Mükafata layiq yerlər tutan komandalar diplom və pulla təltif ediliblər. Qalib komanda Azərbaycan yığmasına isə kubok təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR