Azərbaycan Ordusunun əsgəri hərbi qulluqçunu qətlə yetirib

Azərbaycan Ordusunun əsgəri hərbi qulluqçunu qətlə yetirib
# 25 may 2012 14:39 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.
Əsgər, 19 yaşlı Zəka Ziya oğlu Qasımov münaqişə zəminində hərbi qulluqçu Ruslan Allahverdi oğlu Məmmədovu bıçaqlayıb. R. Məmmədov aldığı bıçaq xəsarətindən dünyasını dəyişib. Hadisəni törədən əsgər isə saxlanılıb.

Məlumata görə, hadisə əsgərlər arasında mübahisə zəminində baş verib. Mübahisə edən əsgərləri ayırmaq istəyən hərbi qulluqçu bıçaq xəsarəti alaraq həlak olub.

Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişən R. Məmmədov Yevlax, qətli törədən Z. Qasımov isə Masallı Rayon Hərbi Komissarlıqlarından xidmətə çağırılıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR