Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi istifadəyə verilib

Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi istifadəyə verilib
# 28 may 2012 10:11 (UTC +04:00)
Bakı-APA. Bakının Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən müxtəlif səviyyəli yol qovşağının üçüncü kompleksi istismara verilib.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev kompleksin açılışını bildirən rəmzi lenti kəsib. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına yol qovşağının tikintisi və texniki göstəriciləri barədə ətraflı məlumat verib.
“Azəryolservis” ASC-nin sifarişi ilə “Azərkörpü” ASC tərəfindən inşa olunmuş bu yol qovşağının tikintisinə prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında 2006-ci il aprelin 11-də başlanıb. Layihəyə əsasən üç kompleksdən ibarət olan bu qurğunun ümumi uzunluğu 3 min 145 metrdir. Qurğu doqquz körpü, körpü girişləri və qovşağın tərkib hissəsi olan avtomobil yollarından ibarətdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR