Azərbaycanın 2013-cü il üçün büdcəsinin layhəsi hökumətə təqdim olunub

Azərbaycanın 2013-cü il üçün büdcəsinin layhəsi hökumətə təqdim olunub
# 17 sentyabr 2012 14:22 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin (MM) İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Z.Səmədzadə bildirib ki, artıq növbəti ilin büdcə zərfi Nazirlər Kabinetinə və qanunvericilik təşəbbüsü subyektinə - Azərbaycan prezidentinə təqdim olunub: «Çox güman ki, həmin qanun layihələri yaxın günlərdə parlamentə təqdim olunacaq. Onu da deyim ki, 2013-cü ilin büdcəsi bütün parametrlərinə görə əvvəlki illərin büdcəsindən müsbət mənada fərqlənir. Dünyada hələ də maliyyə-iqtisadi böhranın davam etməsinə, iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan hökumətinin uğurla davam etdirdiyi sosial-iqtisadi siyasət və onun konkret nəticələri növbəti ilin büdcəsində də əksini tapacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR