Azərbaycan XİN: Sülh danışıqlarında tərəqqi əldə olunmamasının əsas səbəbi Ermənistan rəhbərliyinin iradəsizliyi və öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmaqdan imtina etməsidir

Azərbaycan XİN: Sülh danışıqlarında tərəqqi əldə olunmamasının əsas səbəbi Ermənistan rəhbərliyinin iradəsizliyi və öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmaqdan imtina etməsidir
# 19 iyun 2012 13:58 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin dövlət başçılarının bəyanatını şərh edərkən deyib. O bildirib ki, sülh danışıqlarında tərəqqi əldə olunmamasının əsas səbəbləri Ermənistan rəhbərliyinin iradəsizliyi və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaqdan imtina etməsidir: “Prosesdə irəliləyiş olması üçün erməni ordusu işğal olunmuş ərazilərdən çıxmalıdır. Azərbaycan ərazilərinin işğalı insidentlərin əsas səbəbidir. İşğalın sona yetməsi ilə insidentlər də sona yetəcək”.

E. Abdullayev əlavə edib ki, işğal olunmuş ərazilərin azad edilməsi bölgədə dinc yanaşı yaşamaq və inkişafa geniş imkanlar açacaq: “Lakin Ermənistan rəhbərliyi süni şəkildə status-kvonu saxlamaq və möhkəmləndirməyə cəhd göstərir”.

Xatırladaq ki, Los Kabosda keçirilən G-20 toplantısı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat yayan həmsədr ölkələrin rəhbərləri həll prosesində irəliləyiş üçün tərəflərin qəti addımlar atmamasından təəssüfləndiklərini bildiriblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR