Siyəzən və Şabranda ölümlə nəticələnən yol qəzaları baş verib

Siyəzən və Şabranda ölümlə nəticələnən yol qəzaları baş verib
# 17 iyun 2012 20:23 (UTC +04:00)
APA-nın şimal bürosunun məlumatına görə, qəza Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 92-ci km-də qeydə alınıb.

Sumqayıt şəhər sakini, 50 yaşlı Xalıqverdiyev Qədir Mütəllim oğlu idarə etdiyi “Nissan” markalı, 90 KL 723 dövlət nömrə nişanlı avtomaşını yolun kənarındakı hasara vurub.

Nəticədə avtomobildə olan sərnişin, 44 yaşlı Şirinova Kəbutər Nağı qızı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Şabranda da ölümlə nəticələnən yol qəzası olub. Hadisə iyunun 17-də Bakı-Quba-Rusiya Federasiyası yolunun 139-cu km-də, Şabran rayonun Mollakamallı kəndi ərazisində qeydə alınıb. Quba rayonu Çartəpə kənd sakini, 22 yaşlı Balakişiyev Cəfər Əliyar oğlunun idarə etdiyi 90 GT 765 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olan, Füzuli rayonu Dilağarda kənd sakini, 28 yaşlı Muradov Elnur Mətləb oğlunun idarə etdiyi 19 BC 967 dövlət qeydiyyat nişanlı, “KamAz” markalı avtomaşın toqquşub.

Qəza nəticəsində “Mercedes”in sürücüsü C. Balakişiyev hadisə yerində keçinib.

“KamAZ”ın sürücüsü isə müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR