TQDK əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

TQDK əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər
# 29 oktyabr 2012 10:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Oktyabrın 30-dan 31-dək Qazaxıstan Respublikasının Astana şəhərində “Dərsliklərin işlənməsi, ekspertizası, aprobasiyası, monitorinqi və nəşrinin elmi-metodiki təminat sisteminin təkmilləşdirilməsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, konfransda Komissiyanın “Ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaitləri və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi” şöbəsinin müdiri Afiqə Batyeva və sektor müdiri Xədicə Əzimova da iştirak edəcək. Tədbirdə A. Batıyevanın Azərbaycanda dərsliklərin və dərs vəsaitlərinin monitorinqinə dair məruzə ilə çıxışı nəzərdə tutulur. Konfrans çərçivəsində Komissiya əməkdaşları dərsliklərin monitorinqi ilə bağlı Qazaxıstanın təcrübəsini də öyrənəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR