Suriya ilə bağlı yeni qətnamə layihəsi avqustun 2-də BMT-nin Baş Assambleyasında səsverməyə çıxarılacaq

Suriya ilə bağlı yeni qətnamə layihəsi avqustun 2-də BMT-nin Baş Assambleyasında səsverməyə çıxarılacaq
# 31 iyul 2012 21:35 (UTC +04:00)
Bakı-APA. Səudiyyə Ərəbistanı hazırladığı və qərb dövlətlərinin dəstəklədiyi Suriya ilə bağlı yeni qətnamə layihəsi BMT-nin Baş Assanbleyasında avqustun 2-də səsverməyə çıxarılacaq.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qətnamə layihəsində Suriya hökumətindən ağır hərbi texnikadan istifadə olunmaması və yaşayış məntəqəsindən hərbiçilərin çıxarılması tələb olunur. Bu tələblər Böyük Britaniyanın iyulun 19-da BMT-yə təqdim etdiyi və Rusiya, Çin tərəfindən rədd edilən qətnamədə əksini tapmışdı.
Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurasından fərqli olaraq Baş Assambleyasının qərarları yalnız tövsiyə xarakteri daşıyır və sanksiyaların tətbiq olunmasına təsir göstərmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR