Bu gün Ankarada Təbrizin “Traktorsazi” komandası ilə Ağdamın “Qarabağ” klubu yoldaşlıq görüşü olacaq

Bu gün Ankarada Təbrizin “Traktorsazi” komandası ilə Ağdamın “Qarabağ” klubu yoldaşlıq görüşü olacaq
# 11 iyul 2012 11:48 (UTC +04:00)
APA-nın məlumatına görə, yoldaşlıq görüşü hər iki komandanın Ankarada, Qızılcahamam bölgəsindəki “Patalya Thermal Resort” otelindəki təlim-məşq toplantısı çərçivəsində baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.

Qeyd edək ki, “Traktorsazi” iyunun 30-dan Türkiyədə təlim-məşq toplantısındadır. Bu mövsüm Təbriz komandası ilə birillik müqavilə imzalayan portuqaliyalı məşqçi Antonio Oliveyranın qərarına görə, “Traktorsazi” təlim-məşq toplantısı zamanı üç yoldaşlıq görüşü keçirəcək. İranın futbol üzrə ölkə çempionatında mübarizə aparan Təbriz komandası ötən mövsüm ikinci yeri tutaraq Asiya Çempionlar Liqasında çıxış etmək hüququ qazanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR