İspaniya büdcəsinin xərcləri gəlirlərini iki dəfə üstələyir

İspaniya büdcəsinin xərcləri gəlirlərini iki dəfə üstələyir
# 02 avqust 2012 13:39 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin ilk yarısında İspaniya büdcəsinin xərcləri 88 mlrd. avro, gəlirləri isə 45 mlrd. avro təşkil edib.

APA-Economics”in xəbərinə görə, büdcə xərclərinin əsas hissəsini işsizliyə görə müavinətlər və borc öhdəlikləri üzrə ödənişlər təşkil edib.

İspaniya hökuməti faiz qismində 12,2 mlrd. avro ödəyib. Bu, bütün dövlət qulluqçularına çəkilən xərclərdən (10 mlrd. avro) 23% çoxdur.

Qeyd edək ki, Avropada işsizlərin sayına görə liderlik İspaniyaya məxsusdur. Hazırda bu ölkədə işsizlərin sayı 5,7 mln. nəfər (24,6%) təşkil edir ki, bu da diktator Frankonun ölümündən bəri ən yüksək göstəricidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR