Vaşinqtonda ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərinin 20 illiyinə həsr olunmuş konfrans keçiriləcək

Vaşinqtonda ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərinin 20 illiyinə həsr olunmuş konfrans keçiriləcək
# 16 aprel 2012 16:00 (UTC +04:00)
APA-nın xəbərinə görə, konfrans Con Hopkins Universitetinin iştirakı ilə ABŞ-dakı Azərbaycan və Türkiyə təşkilatları tərəfindən təşkil olunacaq. Tədbir 3 sessiyadan ibarət olacaq: “ABŞ-Azərbaycan tərəfdaşlığının iki dekadası: Son 20 il ərzində birgə işin dərsləri”, “Tərəfdaşlığın əsas aspektləri: Xəzər hövzəsinin enerji təhlükəsizliyi”, “Tolerantlıq və mədəniyyətlərarası dialoqa dəstək”.

Konfransda iki ölkənin siyasətçiləri, ekspertlər və müxtəlif icmaların nümayəndələri iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR