Dow Jones indeksi 0,3%, S&P 500 0,6%, Nasdaq 0,8% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,6%, Nasdaq 0,8% enib
# 27 sentyabr 2012 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 13 414 bəndədək, S&P 500 0,6% - 1 433 bəndədək, Nasdaq 0,8% - 3 094 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsi makroiqtisadi göstəricilər təsir edib.

Avropa fond bazarlarında sentyabrın 26-da FTSE 100 indeksi 1,6% - 5 768 bəndədək, Almaniya DAX-ı 2,0% - 7 277 bəndədək, Fransa CAC-40-ı 2,8% - 3 415 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 757,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2875 (0,0%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR